Sosial
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?

“Bakı Metropoliteni” QSC-nin şöbə rəisi işdən çıxıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin İnsan resursları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Qədeşov daha öncə Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metronun hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra Rüfət Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi təyin olunub.
R.Qədeşovdan öncə bu il Metropolitendə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, avqust ayında metronun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar.
Əlavə olaraq deyək ki, Bakı Metropolitenində son dövrlər işçilərə əməkhaqqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Mətbuatda yayılan məlumatlara görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.
-
Rəsmi xronika17:17
İlham Əliyev fərman imzaladı
-
Sosial15:53
İcra başçısı əyləşib, şəhid anası, qazilər də ayaq üstə - FOTOLAR
-
Sosial15:17
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?
-
İdman14:18
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR
-
Maraq dünyası13:36
Dünyada ilk smartfon Azərbaycanın bu filmi əsasında hazırlanıb: Maraqlı FAKT - VİDEO
-
Dünya13:16
Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...
-
Sosial12:38
Pensiya alanların NƏZƏRİNƏ
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı