Sosial
"Unibank" beynəlxalq konfransın dəstəkçisi oldu - FOTO

Bakıda “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025” keçirilib. Unibank KB ASC-nin də dəstəkçilər siyahısında olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsidir.
Konfrans çərçivəsində müxtəlif panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor dialoqları təşkil olunub. Tədbirin dəstəkçilərindən olan Unibank, konfrans çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə hər iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər təşkil edilib.
Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütmək deyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yeni tərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. "Unibank" bu kimi təşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasına dəstək vermiş olur. "Unibank" bundan sonra da sahibkarlığın inkişafını, ixrac imkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarının qurulmasını təşviq edən layihələrdə fəal iştirakını davam etdirəcək. "Unibank" - Sənin Bankın!



-
Sosial17:20
Əhalinin nəzərinə: Oktyabrın 10-da...
-
Nida Xəbər 16:11
Putindən qəza açıqlaması: Bütün cavabdeh şəxslər...
-
Nida Xəbər 15:58
Putin əmin etdi: Rusiya Azərbaycana kompensasiya ödəyəcək
-
Rəsmi xronika15:23
İlham Əliyevin Putinlə təkbətək görüşü keçirilir - VİDEO
-
Dünya14:46
İsrailin saxladığı türkiyəli millət vəkilləri Azərbaycana yola salındı - FOTO
-
Art14:35
Xalq artisti vəfat etdi
-
İdman13:53
Futbol ulduzlarının sevimli filmləri: Kim nəyə baxır? - FOTOLAR
-
Sosial13:20
Əli Əsədov yeni qərar imzaladı