Müdafiə nazirləri üçtərəfli görüşü keçirdilər - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Müdafiə nazirləri üçtərəfli görüşü keçirdilər - FOTO/YENİLƏNDİ

Oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib.

Bu barədə Publika.az a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Türkiyənin Ankara şəhərində keçirilən görüşdə xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə daim inkişaf etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani regionda mövcud hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini, eləcə də hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.

Görüşdə müdafiə sahəsində üçtərəfli əməkdaşlığın bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi qeyd olunub.

Tərəflər, həmçinin ölkələr arasında keçirilən üçtərəfli və ikitərəfli birgə təlimlərin vacibliyini vurğulayaraq hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Üçtərəfli görüşün yekununa dair protokol imzalandıqdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

xxx

20:10

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Publika.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin sədrliyi ilə keçirilən müzakirələrin yekunları ilə bağlı protokol imzalanıb.

Tədbir çərçivəsində ikitərəfli və üçtərəfli danışıqlar aparılıb.

14:54

xxx

Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ankara şəhərində keçirilən görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Görüşdə əlaqələrin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.

Nazirliyin məlumatına görə, ikitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm