Nida Xəbər
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - FOTOFAKT
Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib.
Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.
Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.
Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.
R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.
Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.
Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb; o, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə “keçmiş xidmətlər” bəs etmir.
-
İdman12:46Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR
-
Nida Xəbər 12:15Mehdiyev işi: Baş redaktor saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:43“Bakı və İrəvana təhdid eyni yerdəndir” - Paşinyandan şok açıqlama
-
İdman11:24Dünyanın ən seksual idmançısı tətil FOTOLARI ilə fanatlarını heyran etdi
-
Nida Xəbər 11:18DTX bu rayonda əməliyyat keçirir - İcra başçısı saxlanıldı
-
Nida Xəbər 10:45Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü
-
MDB10:24Rusiyada toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar
-
Maraq dünyası09:42Alimlər şad xəbəri çatdırdı: Yeni Yer tapıldı - Həyat üçün bütün şərtlər var












.jpg)




.jpg)













.jpg)




