Nida Xəbər
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü
Bakıda fəaliyyət göstərən "German Hospital" yaxın günlərdə fəaliyyətini dayandıracaq.
Publika.az bakupost.az-a istinadən xəbər verir ki, klinika sabiq Prezident Administrasiyasının rəhbəri, hazırda dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamları ilə istintaqa cəlb olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.
Məlumata görə, son aylar hospitalın fəaliyyəti ciddi şəkildə zəifləyib. Bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir.
Qeyd olunur ki, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.
İlham Əliyevin biznes fəaliyyətinin araşdırıldığı, onunla bağlı maliyyə əməliyyatlarının yoxlanıldığı iddia edilir.
Bütün bunların fonunda "German Hospital"ın bağlanması qərarının siyasi və iqtisadi səbəblərlə bağlı olduğu ehtimal edilir.
Hospitalın rəsmi saytında (germanhospital.az) və sosial şəbəkə səhifələrində bağlanma ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Lakin artıq bəzi əlaqə nömrələrinin cavab vermədiyi, həkimlərin başqa klinikalara keçdiyi bildirilir.
Xatırladaq ki, "German Hospital" 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb.
Klinika doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınırdı.
İlham Əliyev uzun illər Azərbaycanda səhiyyə və tikinti biznesi ilə məşğul olmuşdu.
Onun adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən "German Hospital"ın təsis sənədlərində keçir.
-
Sosial17:13Əli Əsədov qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı
-
Rəsmi xronika15:15Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
Sosial14:38Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
-
Sosial14:11Gültəkin Hacıbəyli ölkədən qaçıb
-
Dünya13:50Proses başladı: Milyonlarla insan işsiz qalacaq!
-
Sosial13:14DTX icra başçısını buna görə saxlayıb - Sensasion detallar
-
İdman12:46Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR






























.jpg)




