Nida Xəbər
“Evdən işləyirəm, sənədləri bu gün təqdim edəcəyik” - Elçin Ağamalı
“Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən qurultayının yekunlarına dair rəsmi sənədləri bu gün Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Xahişimiz nəticələrin tanınması və mənim sədr kimi qəbul olunmağımdır”.
Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında siyasi təşkilatın yeni sədri olduğunu iddia edən Elçin Ağamalı deyib.
Onun sözlərinə görə, sənədlərin hazırlanmasını başa çatdırıblar: “Sənədlər bu gün nazirliyə təqdim olunacaq”.
E.Ağamalı bildirib ki, hazırda AVP sədri kimi fəaliyyət göstərir, rayon təşkilatlarının və struktur bölmələrin rəhbərləri ilə əlaqə saxlayır: “Sədr kimi fəaliyyətimi davam etdirirəm, partiyanın gündəlik işinə rəhbərlik edirəm”.
Onun sözlərinə görə, hələlik Ana Vətən Partiyasının qərargahına yerləşə bilməyib: “Qərargahda oturmuram, evdən işləyirəm”.
Qeyd edək ki, AVP-nin oktyabrın 25-də keçirilən qurultayı təşkilatın yaradıcısı və sədri, keçmiş deputat Fəzail Ağamalının ailəsində qarşıdurmaya səbəb olub. Toplantıda təşkilatın yeni sədrinin seçilməsi məsələsi müzakirə edilib. F.Ağamalı namizəd olmayıb. Onun yerinə iki övladı – oğlu Elçin Ağamalı və qızı, Milli Məclisin deputatı Günay Ağamalı namizədliyini irəli sürüb. Elə qalmaqal da bundan sonra başlayıb. F.Ağamalı qızının tərəfinin tutub, oğlunun sədr olmasına qəti etiraz edib.
Lakin Elçin Ağamalı atasının narazılığına məhəl qoymayıb, sədr olması məsələsini səsverməyə çıxarıb. Onun sözlərinə görə, 155 qurultay nümayəndəsindən 95-nin səsini alaraq yeni sədri seçilib.
F.Ağamalı E.Ağamalının sədrliyini tanımır və partiyaya hazırda özünün rəhbərlik etdiyini bildirir.
-
Nəqliyyat18:1020 yolda tıxac var - Siyahı
-
Sosial17:20Əli Əsədov yeni qərar imzaladı
-
MDB16:18Rusiyada ən bahalı mənzil bu şəhərdə satılır: Görün neçəyədir
-
İdman15:07"Real"ın ulduzunun xanımı bu geyimi ilə səs-küy yaratdı - FOTOLAR
-
Rəsmi xronika14:18Dövlət başçısı xəbərdarlıq etdi: Lazımı tədbir görəcəm
-
Rəsmi xronika13:57Prezidentdən şad xəbər: Yaxın bir neçə ay ərzində...
-
Sosial13:20Milli Məclisdə yeni təyinatlar
-
Sosial11:53Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi - FOTO










.jpg)




.jpg)



.jpg)
.jpg)















