ABŞ
Qızıl "Amerika" unitazı satışa çıxarılır - ŞOK QİYMƏT / VİDEO
"Sotheby's" hərrac evi noyabrın 18-də 10 milyon dollarlıq qızıl unitazı satışa çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd olunur ki, bu əsər 2016-cı ildə təxminən 100 kiloqram çəkisi olan 18 karatlıq qızıldan hazırlanmış və “Amerika” adlandırılıb. Onu italyan rəssam Mauritsio Kattelan yaradıb. Dünyada bu cür yalnız iki unitaz mövcuddur. 2017-ci ildə bu əsər şəxsi kolleksiyaya daxil edilib, onun “qardaşı” isə 2019-cu ildə İngiltərənin Oksfordşir qraflığındakı Blenheim sarayından oğurlanıb.
"Sotheby's" müasir incəsənət şöbəsinin rəhbəri və vitse-prezidenti Devid Qalperin bu lot haqqında belə deyib: “Kattelan mənim üçün bizim nəslin ən böyük rəssamlarından biridir və bu onun ən simvolik işlərindən biridir.”
Donald Trampın prezidentliyinin ilk dövründə Nyu-Yorkdakı Quggenhaym Muzeyi Ağ Evə Vinsent van Qoqun “Qarlı mənzərə” adlı tablosunu verməkdən imtina etmişdi. Bu əsərin prezidentin şəxsi otaqlarından birində yerləşdirilməsi planlaşdırılırdı. Lakin muzey ABŞ administrasiyasının bu istəyini yerinə yetirmədi və əvəzində başqa bir sənət əsəri — “Amerika” adlı qızıl unitazı təklif etdi.
Hüseyn İbadlı
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





