Nida Xəbər
Azərbaycan-Əlcəzair münasibətləri müzakirə olundu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya və enerji sahəsində əməkdaşlığın təşviqi, eləcə də iki ölkənin biznes dairələri arasında qarşılıqlı əlaqələrin artırılması məsələlərini əhatə edib.
Hər iki tərəf Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da daxil olmaqla, regional və beynəlxalq əhəmiyyət kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilir.
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf










.jpg)






















