Nida Xəbər
300-ə yaxın QHT təmsilçisi ilk dəfə bir arada
2025-ci il noyabrın 23-26-da ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək.
Publika.az xəbər verir ki, Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq.
Forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.
Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.
Tədbir çərçivəsində “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” da təşkil olunacaq.
Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il həmçinin dünya müsəlmanlarının 60%-nin yaşadığı, “İslam Səkkizliyi” adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə prosesin mühüm tərkib hissəsidir.
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO






.jpg)





























