Dünya
"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı
Ağsu şəhərinin S.Vurğun küçəsində fəaliyyət göstərən "Gəncə Təndiri"ndə yoxlama aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
-
İnanc19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı
-
Nida Xəbər 18:10İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi
-
Region17:12Paşinyan Azərbaycanı izləyən Aİ missiyası haqda: Rolunu qiymətləndirmək çətindir
-
Nida Xəbər 17:10Paşinyandan Naxçıvanla bağlı mühüm açıqlama: Səbirsizliklə gözləyirik
-
Rəsmi xronika17:08Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
-
Rəsmi xronika15:58İlham Əliyev fərman imzaladı
-
Dünya15:20Vaşinqtonda heykəl peyda oldu: Tramp və Epşteyn "Titanik"-də - Foto
-
İdman13:24Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR





































