Nida Xəbər
Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - FOTO
Azərbaycan Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar.
Publika.az xəbər verir ki, tanışlıq zamanı bu nəqliyyat qovşaqlarının regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Həmçinin ərazidə gömrük xidmətinin təşkili və bu istiqamətdə aparılan işlər nəzərdən keçirilib. Adiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən yerində müvafiq brifinqlər verilib.
Xatırladaq ki, bu gün Zəngilanda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.
Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri bir sıra obyektlərə baxış keçirib, görülən işlərlə tanış olublar.
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı











.jpg)



























