Nida Xəbər
Azərbaycan və Belarus XTQ mənsubları bir arada - FOTO
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.
Nazirlikdən Publika.az-a bildirilib ki, ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin “N” hərbi hissəsini ziyarət ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.
Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.
Qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir




































