Nida Xəbər
Sabah Bakıda D-8 Media Forumu keçiriləcək
Sabah D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu keçiriləcək.
Publikaş.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
MEDİA-nın təşkilatçılığı ilə keçiriləcək forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel sessiyanın, həmçinin "Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər" mövzusunda vörkşopun təşkili planlaşdırılır.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edəcək.
-
Magazin120:00Fatimə qızının fotosunu paylaşıb bu sözləri yazdı - FOTO
-
Hadisə19:48Ağcabədidə DƏHŞƏTLİ QƏZA - Əmiuşaqları həlak oldular
-
ABŞ19:24"İçinə cin girən" sevgilisini elektrikli mişarla doğradı - Polisə səng edib deyib ki...
-
Magazin117:17Rəqsanənin 100 min borcunu o ödəyib - VİDEO
-
Sosial17:07Onlar pensiyaya daha tez çıxsın - TƏKLİF
-
Rəsmi xronika16:27İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:43Nazirdən pensiyalarla bağlı şad xəbər
-
İdman14:00Ulduz futbolçunun başı dərddə: Bu gözəl ondan hamilə qaldığını iddia edir - FOTOLAR











.jpg)























