"Kəpəz" ev oyunlarını hansı stadionunda keçirəcək?
Bizi izləyin

İdman

"Kəpəz" ev oyunlarını hansı stadionunda keçirəcək?

"Kəpəz" klubu Misli Premyer Liqasının XIII turundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

Peşəkar Futbol Liqasından (PFL) Publika.az-a verilən məlumata görə, "Qəbələ" və "Kəpəz" arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, "Kəpəz" klubunun müraciətini, "Karvan-Yevlax" tərəfinin razılıq məktubunu nəzərə alaraq PFL Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə icazə verib.

Qeyd edək ki, "Kəpəz" bunadək ev matçlarını Qəbələ şəhər stadionunda keçirirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm