Rəsmi xronika
İlham Əliyev iki sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il yavnvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
xxx
Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































