Sosial
Nazirdən pensiyalarla bağlı şad xəbər
Gələn il pensiyaların indeksasiya üçün ayrılan vəsaitin həcmi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.
Nazir qeyd edib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub:
“Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”.
-
Sosial17:07Onlar pensiyaya daha tez çıxsın - TƏKLİF
-
Rəsmi xronika16:27İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:43Nazirdən pensiyalarla bağlı şad xəbər
-
İdman14:00Ulduz futbolçunun başı dərddə: Bu gözəl ondan hamilə qaldığını iddia edir - FOTOLAR
-
Qoroskop13:00Plansız yaşamayan 5 bürc - Sürprizləri əsla sevmirlər
-
Səhiyyə12:15İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər - VİDEO
-
İdman12:00Qol sevinci Aktürkoğlunun başına bəla oldu: Məhkəməyə verdilər
-
Nida Xəbər 11:06Mirzoyan Fidana cavab verdi: Ermənistanla Türkiyə arasında münasibətlər Azərbaycanla...







.jpg)
.png)



























