Nida Xəbər
Ramiz Mehdiyev vəkilindən imtina etdi - “Boz kardinal”ın planı nədir?
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “boz kardinal” bu qərarı şəxsi istəyi ilə verib.
Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.
Məsələ ilə bağlı müdafiəçinin özü ilə əlaqə saxlanılıb. Z.Abiyev Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmədiyini bildirərək, başqa suallara cavab vermək istəmədiyini deyib.
Ramiz Mehdiyevin bu addımı onun istintaq prosesinə daha yaxından müdaxilə etməyə, müdafiə taktikasını formalaşdırmağa başladığını göstərir. Elə bir müddət əvvəl o, ilk addım kimi yeni vəkilləri vasitəsilə apellyasiya şikayətləri vermişdi. Amma Rusiyaya göndərdiyi məktub üzə çıxdıqdan sonra həmin şikayətləri mənasız sayaraq geri çəkib.
Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür











.jpg)






















