Nida Xəbər
Ceyhun Bayramov İtaliyada görüşlər keçirdi - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.
"İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Prezidenti İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və daimi siyasi dialoqun həlledici rolunu qeyd etdik.
Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində əməkdaşlığı gücləndirməyin son dərəcə vacib olduğunu vurğuladım", - nazir qeyd edib.
***
Azərbaycanın xarici işlə naziri Ceyhun Bayramov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Tərəflər Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar, səfərlər və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolunu qeyd ediblər.
Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi qeyd olunub.
Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Enerji sahəsində uzunmüddətli əməkdaşlıq, xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi qeyd olunub. Bununla yanaşı, ikitərəfli münasibətlərdə böyük əhəmiyyətə malik Azərbaycan-İtaliya Universitetinin təsis edilməsinin strateji tərəfdaşlığa əlavə təkan verdiyi vurğulanıb.
Görüşdə Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, tarixi Vaşinqton görüşünün nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin221:13Qalmaqallı müsabiqədə sular durulmaq bilmir: 28 yaşlı gözəl tacından imtina etdi - FOTO
-
Ekologiya20:50Bakıya qar yağacaq - Bu tarixdə...
-
Magazin120:30Afət meyxanaçıya ərə gedir: Efirdə kövrəldilər - VİDEO
-
Hadisə19:30Bakıda SSRİ bayrağı qaldıranlar barədə QƏRAR VERİLDİ - VİDEO/YENİLƏNDİ
-
İdman18:30Oyunda huşunu itirən “Qarabağ”ın futbolçusunun SON DURUMU
-
Sosial17:25Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15:44İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:27Nazir Penitensiar xidmətinin vəzifəli şəxslərini işdən çıxardı



























_(3).jpg)






