Nida Xəbər
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak etdi
Avstriyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib.
Azərbaycanın Xarici işlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir Azərbaycanın strateji baxışını və xarici siyasət prioritetlərini müzakirə etmək üçün siyasətçiləri, beyin mərkəzlərini, akademikləri və müstəqil ekspertləri bir araya toplayıb.
Dəyirmi masa zamanı nazir Azərbaycanın sabitləşdirici qüvvə kimi regional rolunun genişləndiyini vurğulayıb.
Nazir çoxtərəfli əməkdaşlığın daha çox etimad və effektivlik tələb etdiyi bir vaxtda Azərbaycanın müxtəlif formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.
Diplomat Azərbaycanın 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi, regional və qlobal məsuliyyət mövzusu altında davamlı urbanizasiya, dayanıqlı mənzil, təmiz enerji infrastrukturu və iqlim maliyyəsinin səfərbərliyini birləşdirəcək qlobal platformalar barədə məlumat verib.
Ceyhun Bayramov həmçinin, 8 avqustda keçirilmiş Vaşinqton Sülh Zirvə Toplantısının nəticələrinə toxunub, Üçtərəfli Birgə Bəyannamənin və digər mühüm sənədlərin imzalanmasını xatırladıb.
O, ATƏT-in Minsk Prosesi strukturlarının bağlanmasının başa çatdığını və bunun regionda yeni münaqişədən sonrakı reallığın beynəlxalq səviyyədə tanınması anlamına gəldiyini vurğulayıb.
Ceyhun Bayramov Xəzər və Qara dəniz regionlarını birləşdirən nəqliyyat və enerji dəhlizlərinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycanın bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib. O, sülhün, regional əlaqənin, iqtisadi təhlükəsizliyin və davamlı inkişafın ölkənin gələcək diplomatik fəaliyyətinin əsas prioritetləri olaraq qalacağını bildirib.
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto














.jpg)















.jpg)






