Nida Xəbər
Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı: Ona sülh üçün vacib məqamı xatırlatdı - VİDEO
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyaya səfəri çərçivəsində Almaniyanın Xarici Əlaqələr Şurasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayıb.
Publika.az xəbər verir ki, Ağayev Paşinyanı ermənicə salamlayıb:
“Almaniyaya xoş gəldiniz", - Ağayev ermənicə deyib, sonra ingilis dilinə keçib.
Onun sözlərinə görə, region bir neçə il əvvəl təsəvvür etmək çətin olan böyük dəyişikliklərə məruz qalır.
"Bu, bizim və sizin əldə etdiyimiz münasibətlərdə ən sabit və dinc dövrdür. Biz təmin etmişik ki, övladlarımız və nəvələrimizə bu ağrılı və uzun sürən münaqişə miras qalmasın. Və ümid edirik ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Və Azərbaycan, əlbəttə ki, sülh gündəliyinin təşəbbüskarı olub", - səfir bildirib.
O, Vaşinqton razılaşmalarının tam şəkildə yerinə yetiriləcəyinə ümid etdiyini bildirib. Bura Azərbaycan və Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP daxildir. Ağayev “son maneəni” – Ermənistan Konstitusiyasına dəyişiklikləri də xatırladıb.
"Ümid edirik ki, bu da öz həllini tapacaq ki, biz sülh müqaviləsini rəsmən imzalaya bilək", - Ağayev qeyd edib.
Tural
-
ABŞ21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
-
Sosial19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb















.jpg)
.webp)
















.jpg)

