Nida Xəbər
Təkcə neft yox, başqa məhsullar da: İrəvan Bakıya bu icazəni verməli olduğunu bildirdi
Ermənistan Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığa hazırdır ki, bu, neft məhsullarının alınmasını da əhatə edə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.
Bundan əvvəl Azərbaycan Ermənistana neft məhsullarının Gürcüstan üzərindən daşındığını elan etmişdi. Tbilisi buna görə rüsum tələb etməmişdi.
Ermənistan parlamentinin sədri diqqəti yalnız yanacağa yönəltməkdən uzaqlaşmağa çağırıb. O, əmindir ki, alternativ enerji mənbələri nə qədər çox olsa, Ermənistan üçün bir o qədər yaxşıdır.
Onun fikrincə, İrəvan həm də Bakıya öz mallarını Ermənistan ərazisindən keçməklə Naxçıvana və Türkiyəyə ixrac etməyə icazə verməlidir.
Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr davam edir və Simonyan yaxın gələcəkdə belə tranzitin mümkünlüyünü istisna etməyib.
Parlamenin sədri uzun müddətdir davam edən münaqişəni nəzərə alsaq, bunu təbii sayaraq, tərəflər arasında böyük inamsızlığın olduğunu qeyd edib. Amma o hesab edir ki, bu inamsızlığı addım-addım aradan qaldırmaq lazımdır.
Tural
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































