Nida Xəbər
Ukrayna hücum etdi, Paşinyanın təyyarəsi istiqaməti dəyişdirdi
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskva hava məkanının bağlı olması səbəbindən hava limanına eniş edə bilməyib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuat məlumat yayıb.
Məlumata görə, Baş nazirin "ACJ319" tipli təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləyib. Lakin Moskva tərəfindən icazə verilmədiyindən təyyarə ehtiyat marşruta yönəldilib.
Nəticədə təyyarə gecə saatlarında Sankt-Peterburqdakı Pulkovo aeroportuna eniş edib.
Qeyd edək ki, dekabrın 11-nə keçən gecə Ukrayna Moskvaya kütləvi dron hücumu edib. Hücum nəticəsində paytaxtın hava məkanı müvəqqəti olaraq bağlanıb.
Moskva meri Sergey Sobyanin ümumilikdə 32 Ukrayna PUA-sının vurulduğunu bildirib.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































