Nida Xəbər
Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirildi
Banqkokda Azərbaycan və Tailand xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Publika.az-a XİN-dən verilən məlumata əsasən, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə bu ölkədə 11-12 dekabrda səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Tailand Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanıb.
Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib.
Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər















.jpg)
.png)



















