Nida Xəbər
Abbas Abbasov Türkiyədən qaçdı: Bu ölkəyə gedir
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan edilən Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.
Publika.az “Günün səsi”nə istinadən xəbər verir ki, o, bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.
A.Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub.
Mənbə bildirib ki, Baş nazirin sabiq birinci müavini cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.
A.Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib. O, telefon zənglərinə və mesajlara cavab verməyib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyaya köçüb.
-
Dünya11:52Lukaşenkodan qorxunc proqnoz: Qarşısını almasaq...
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz







































