Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb:

"Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəasit ayrırmaqda davam edib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm