Nida Xəbər
Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi
Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı - 2026" təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
"Sülh Qalxanı-2026" təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Bakıya səfər çərçivəsində BƏƏ nümayəndə heyəti Azərbaycan Ordusunun bir neçə hərbi hissəsini ziyarət edib. Qonaqlara hərbi hissələrdə yaradılan şərait və hərbi qulluqçuların hazırlıq səviyyələri ilə bağlı ətraflı məlumat verilib.
-
İdman23:00Türkiyə millisindən DÇ pley-off-unda ilk qələbə
-
Magazin122:48Nüşabə Ələsgərli onlara mesaj göndərdi - “Özlərini “böyük xanəndə” adlandırmasınlar”
-
Sosial22:12Təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır - - VİDEO
-
Sosial21:48Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO
-
İdman21:12FIFA yeni qaydaları TƏSDİQLƏDİ - Dünya Kubokunda futbolçuları nələr gözləyir?
-
Kriminal21:00Bakıda üç nəfərə atəş açıldı: Biri hadisə yerində öldü - Yeniləndi
-
Magazin218:50Ancelina Coliyə ağır itki üz verdi - FOTO
-
Hadisə18:41Ağdamda minaya düşən şəxsdən xəbər var - Yeniləndi












.jpg)














.jpg)







