Nida Xəbər
BMT pakistanlı diplomata Azərbaycanda yüksək VƏZİFƏ VERDİ
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni müvəqqəti rezident əlaqələndiricisinin kimliyi məlum olub.
Publika.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo bildirib.
BMT rəsmisi qeyd edib ki, bu vəzifəyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəsi Məhəmməd Nasar Hayat təyin olunub.
O əlavə edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı rəsmi olaraq 8 yanvar 2026-cı il tarixində başa çatacaq.
Bildirilir ki, yeni rezident əlaqələndiricisi hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədəki öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq. BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsini 1 iyul 2026-cı il tarixində icra etməyə başlayacaq.
"Bu aralıq dövrdə rəhbərliyin fasiləsizliyini təmin etmək üçün cənab Məhəmməd Nasar Hayat 9–14 yanvar 2026-cı il tarixlərində müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq", – deyə K. Azevedo əlavə edib.
Qeyd edək ki, Nasar Hayat BMT‑nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Rezident Nümayəndəsi və qurumun Partnyorluq və Əlaqələndirmə Ofisinin rəhbəridir. N. Hayat bu vəzifəyə 2023-cü ilin iyulunda təyin olunub və etimadnaməsini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.
Azərbaycandan əvvəl o, təşkilatın Laos ofisinin rəhbəri olub. N. Hayat Pakistan hökumətində 11 il xidmət etməklə yanaşı, Birləşmiş Millətlər İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda da fəaliyyət göstərib.
Xatırladaq ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanda fəaliyyətə 1 iyul 2021-ci il tarixində başlamışdı.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ







.jpg)


























