Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
Bizi izləyin

Dünya

Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...

Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...

Çində övladlarını satdıqları üçün ər-arvad həbs cəzası alıb.

Publika.az xəbər verir ki, bu barədə "Sohu" nəşri məlumat yayıb.

Ali Xalq Məhkəməsi uşaq alveri ilə bağlı işə baxaraq, Li Mouhuey və həyat yoldaşı Çjan Moujunu beş uşaqlarını satmaqda təqsirli bilib. Cütlük 2016-cı ildən 2023-cü ilə qədər qanunsuz gəlir əldə etmək üçün uşaq dünyaya gətirməkdən istifadə edib və beş bioloji övladını 470 min yuana (69000 dollara, təxminən 110 min manat) satıb.

Məhkəmə müəyyən edib ki, Li Mouhuey bu işdə əsas rol oynayıb və baş təqsirkar kimi tanınıb. O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 60 min yuan məbləğində cərimə olunub. Çjan Moujun isə cinayətin iştirakçısı kimi tanınaraq 5 il həbs cəzası və 30 min yuan cərimə alıb.

Məhkəmənin qərarında uşaq satışının istənilən formada qəbulolunmaz olduğu və onların şəxsi hüquqlarını pozduğu vurğulanıb. Cütlüyün uşaqlarına müvəqqəti qəyyumlar təyin edilib, həmçinin yerli hakimiyyət orqanları və könüllülərin iştirakı ilə onlara sosial yardım göstərilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm