İdman
Əfsanəvi həndbolçunun ölüm səbəbi bəlli oldu - FOTO
SSRİ-nin əməkdar məşqçisi Vladimir Maksimov əfsanəvi rusiyalı həndbolçu və Belarusun “Meşkov Brest” komandasının baş məşqçisi Eduard Kokşarovun ölümünün ilkin səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, Maksimov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib: “Hələlik heç kim dəqiq diaqnoz qoymayıb, amma çox güman ki, bu, insult olub. Bildiyim qədəri ilə, o, yanvar ayında mini-insult keçirib, amma bu barədə heç nə düşünməyib. İkinci hadisə belə başa çatıb”.
Rusiya milli komandasının tərkibində Kokşarov 2000-ci il Sidney Olimpiadasında qızıl, 2004-cü il Afina Olimpiadasında bürünc, Dünya Çempionatında qızıl (1997) və gümüş (1999), 2000-ci il Avropa Çempionatında isə gümüş medal qazanıb.
Xatırladaq ki, Kokşarov çərşənbə axşamı, 31 mart tarixində 50 yaşında vəfat edib.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək


























.jpg)












