Nida Xəbər
İsrailin XİN başçısının Bakı və Astanaya səfəri başladı
İsrail XİN başçısı Gideon Saar bu gün Azərbaycan və Qazaxıstana diplomatik səfərə çıxıb.
Publika.az xəbər verir ki, Bakı və Astanaya səfər ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına yönəlib.
Səfər çərçivəsində bir sıra rəsmi tədbirlər, həmçinin dövlət qurumları və ictimai dairələrin nümayəndələri ilə görüşlər planlaşdırılıb. Yəhudi icmalarının nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.
Qazaxıstana səfər ölkənin "İbrahim Sazişləri"nə qoşulması fonunda həyata keçirilir. Bundan əlavə, nazir Astanada Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.
Gideon Saarı 40-dan çox israilli iş adamı və dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyəti su texnologiyaları və kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edir.
XİN başçısının təşəbbüsü ilə Bakı və Astanada biznes forumlar da nəzərdə tutulub. Bu çərçivədə İsrail nümayəndə heyətinin üzvləri yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri ilə görüşəcəklər.
-
Magazin119:36Gəlinini səhnədə təbrik etdi - VİDEO
-
Elm və təhsil18:48Sevinc Həsənova vəzifəsindən AZAD EDİLDİ
-
ABŞ18:24Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda
-
İdman17:09Xabi Alonso “Qarabağ”la oyun öncəsi “Liverpul”a qayıdır?
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər






































