ABŞ
Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
ABŞ-ın birinci xanımı, dizayner və model Melaniya Tramp Ağ Evdə özü haqqında sənədli filmin qapalı nümayişini keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə birinci xanımın agenti Mark Bekman məlumar verib.
"Melaniya" filminin nümayişində modelin ailəsi, yaxın dostları və əri, ABŞ Prezidenti Donald Tramp iştirak edib. Film 30 yanvarda dünya miqyasında nümayiş olunacaq. Layihə dizaynerin həyat yoldaşının ikinci andiçmə mərasiminə qədər olan 20 günlük həyatını əks etdirəcək.
"Film ərinin ikinci prezidentlik müddətində olduqca tənha həyat tərzi sürən birinci xanımın pərdəarxası nadir bir mənzərəni təqdim edir. Treyler 2025-ci ilin yanvar ayında andiçmə günündə başlayır və orada o, ABŞ Kapitolisində keçirilən mərasimdə tünd göy rəngli geniş kənarlı papaq geyinmiş görünür", - deyə nəşr qeyd edib.
Filmdə həmçinin Melaniya Tramp Prezidentin müşaviri kimi də təqdim olunacaq. Məsələn, model ərindən andiçmə mərasimində onun "sülhməramlı və birləşdirici" olduğunu vurğulamasını xahiş edib.
Hüseyn İbadlı
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu











.jpg)





.webp)



















