Nida Xəbər
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı - “Beynəlxalq Bank işi”
“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, söhbət Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci Məhəllə, Naxçıvani küçəsi, 57C-də yerləşən ərazidən və onun daxilindəki qeyri-yaşayış obyektlərindən gedir.
Burada icarə əsasında bir sıra tanınmış şirkətlər fəaliyyət göstərir. Arif Həsənovun müsadirə olunan əmlakı dövlət hərracında satılacaq.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Onların arasında “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da olub.
Elə həmin ildə “Azərinşaatservis”in Dərnəgüldəki ofisinin qarşısında maaşların verilməsi tələbi ilə fəhlələr tərəfindən aksiya keçirilmişdi. Maraqlıdır ki, aksiyada iştirak edən və 5 aydır maaşlarını ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.
“Azərinşaatservis” 2015-ci ildə həbs edilən Müşahidə Şurasının sədri Arif Həsənov 1 il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev məhkəmədə ifadəsində "Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrıldığını açıqlamışdı.
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...








.jpg)














_(1).jpg)














.jpg)



