Nida Xəbər
Nazir Kamal Abdullanın oğlunu işdən çıxardı - FOTO
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mehdi Kamal oğlu Abdullayev Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən öz arzusu ilə azad edilib.
Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl isə Nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyevanın oğludur.

-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...



















_(1).jpg)














.jpg)



