Nida Xəbər
BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb. Prezident İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra olunan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdə, o cümlədən pensiyalarda baş verən ciddi artımlar qeyd edilib.
Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək daha 9,3 faiz artırıldığı, pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub. Sosial təminat sahəsi üzrə son illər yaradılan rəqəmsal xidmətlər, proaktiv təyinat mexanizmləri diqqətə çatdırılıb.
Ölkəmizin əmək bazarındakı inkişaf meyilləri, əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası, icra olunan aktiv məşğulluq proqramları, peşə və kvalifikasiya standartlarının hazırlanaraq təsdiqlənməsi işləri barədə məlumat verilib. Əmək qanunvericiliyindəki son yeniliklər, qadınların məşğulluq imkanlarının artırılması üçün atılan addımlar, gənclərin məşğulluğuna yönəlmiş layihələr qeyd olunub.
Missiya ilə görüşdə ölkəmizdə pensiya təminatı sahəsində islahatlara və əmək bazarındakı son yenliklərə dair fikir mübadiləsi aparılıb.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayevin iştirakı ilə keçirilən görüşdə BVF-nin nümayəndə heyəti tərəfindən Azərbaycanın əmək bazarının təhlilinə dair təqdimat edilib.
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO


































.jpg)



