İdman
“Real”ın oyunundan əvvəl gərginlik: Peresi istefaya çağırdılar, ara qarışdı
“Real” azarkeşləri La Liqanın 36-cı turunda “Real Ovyedo” ilə oyundan əvvəl (2:0) klub prezidenti Florentino Peresə qarşı etiraz aksiyası keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə SPORT məlumat yayıb.
Bir qrup azarkeş stadiona “Florentino, dərhal get” yazılmış bannerlər gətirərək start fitindən əvvəl tribunada nümayiş etdirib. Təhlükəsizlik əməkdaşları qısa müddət sonra plakatları yığışdırmağa çalışıb və bu zaman tribunada qarşıdurma yaranıb. Bildirilir ki, Peres azarkeşlərdən biri ilə söz mübahisəsinə də girib.
Bundan əlavə, azarkeşlər heyətlər elan olunarkən baş məşqçini və futbolçuları fitə basıblar. Ən çox fit səsləri Alvaro Arbeloa, Kilian Mbappe, Vinisius Junior və Orelien Tçuameni üçün eşidilib.
Xatırladaq ki, Florentino Peres klubda prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.
Müəllif: Tural
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya18 İyun 17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş





































