Sosial
FHN Agentliyi SOCAR-ın "Xəzər" mərkəzinin təqdimatında təmsil olundu
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı – Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin (Caspian Training and Certification Center – CTCC) təqdimat mərasimi keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov spiker qismində iştirak edib.
Rəis müavini çıxışında qeyd edib ki, neft-qaz sektoru yüksəkriskli sahə olduğundan təhlükə potensiallı obyektlərdə peşəkar hazırlıq istehsalat təhlükəsizliyinin əsas şərtlərindən biridir. O, vurğulayıb ki, bu sahədə fəaliyyət “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu və FHN-in səlahiyyətləri çərçivəsində tənzimlənir, mövcud normativ baza isə risklərin qiymətləndirilməsi və qəzaların qarşısının alınması üçün hüquqi əsas yaradır. Rəis müavini bildirib ki, texniki təhlükəsizlik üzrə təlimlər sadəcə sertifikat almaq üçün formal proses kimi qəbul edilməməli, risklərin idarə olunması və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vasitəsi kimi dəyərləndirilməlidir. İsmayıl Nəsirov sonda diqqətə çatdırıb ki, təlimlərin keyfiyyəti tədris proqramlarının normativ tələblərə uyğunluğu, metodiki bazanın səviyyəsi və təlimçi heyətinin peşəkarlığı ilə qiymətləndirilməlidir.
Təqdimat mərasimində sənaye təhlükəsizliyi, əməyin mühafizəsi, risklərin idarə olunması və təhlükəsiz iş mühitinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı




















.jpg)




.jpg)


.jpg)
.webp)










