Nida Xəbər
ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin etdi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
ADY-dən Publika.az-a verilən məlumata görə, reyslər Bakı-Ağstafa istiqamətində saat 08:30-da, Ağstafa-Bakı istiqamətində isə 17:20-də hərəkət edəcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO


































.jpg)



