Nida Xəbər
Səbuhi Qurbanova yüksək vəzifə verildi - FOTO
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.
Publika.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən həmin kollecin direktoru vəzifəsinin icrası həvalə olunub.
Qeyd edək ki, S.Qurbanov ötən il həmin kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdi.
O, bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat", magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov sonradan həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli orta məktəbdə direktor, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO

































.jpg)


