İdman
ABŞ iranlı futbolçulara viza vermir
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac 2026-cı il dünya çempionatı öncəsi narahatlığını ifadə edib.
Publika.az xəbər verir ki, hazırda İran millisinin heç bir futbolçusuna ABŞ vizası verilməyib. Halbuki turnirin başlamasına az vaxt qalıb.
“Sabah və ya birisi gün FİFA ilə həlledici görüşümüz olacaq. Onlar bizə təminat verməlidirlər, çünki viza problemi hələ də həll olunmayıb”, – deyə Mehdi Tac bildirib.
Mayın 18-də İran millisinin futbolçuları viza proseduru çərçivəsində Ankarada barmaq izlərini təqdim edəcəklər. Apreldə Canni İnfantino təsdiqləmişdi ki, İran yığması turnirdə iştirak edəcək.
2026-cı il dünya çempionatı iyunun 11-də Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada start götürəcək. İran milli futbol komandası G qrupunda Yeni Zelandiya, Belçika və Misir ilə qarşılaşacaq. Komandanın bütün oyunları ABŞ-də keçiriləcək.
Müəllif: Tural
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya18 İyun 17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş





































