Dünya
Sürücülərə xəbərdarlıq - Yollarda “sərxoş” marallar peyda oldu
Fransanın Sona və Luara departamenti bölgəsində polis sürücülərə qeyri-adi təhlükə ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanları kənd ərazilərində qəribə davranış sərgiləyən maralların müşahidə olunduğunu açıqlayıb.
Məlumata görə, heyvanlar istiqaməti itirir, qeyri-sabit hərəkət edir, bəzən öz ətrafında fırlanır və yıxılır. Hətta bəzi hallarda qəfil yola çıxaraq qəza riski yaradırlar.
Mütəxəssislər bildiriblər ki, burada söhbət insanların anladığı mənada alkoqoldan getmir. Yaz və yayın əvvəlində marallar həddindən artıq yetişmiş meyvələr, cavan zoğlar və digər bitkilərlə qidalanır. Təbii qıcqırma prosesi nəticəsində həmin qidalarda etanol əmələ gəlir ki, bu da heyvanların koordinasiyasına və davranışına müvəqqəti təsir göstərə bilir.
Nəticədə marallar sanki sərxoş vəziyyətdəymiş kimi görünürlər.
Bölgə rəhbərliyi sürücüləri xüsusilə gecə saatlarında və meşəlik ərazilərə yaxın yollarda diqqətli olmağa çağırıb.
Qeyd olunub ki, belə hallar kütləvi xarakter daşımır, lakin heyvanların gözlənilməz davranışı ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Müəllif: Adəm
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO































.jpg)



