Nida Xəbər
FHN və ADA Universiteti arasında Memorandum imzalandı - Foto/Video
Fevralın 11-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Birgə Fəaliyyət haqqında Memorandum imzalanıb.
Publika.az xəbər verir ki, təhsil, elmi-metodiki və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.
Memoranduma əsasən, tərəflər tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, birgə elmi tədqiqat və araşdırmaların aparılması, seminar, mühazirə, treninq və elmi konfransların keçirilməsi, Nazirlik sistemində çalışan mütəxəssislərin peşə hazırlığının artırılmasına dəstək, qabaqcıl tələbələrin təcrübə keçməsi, məzunların məşğulluq perspektivləri və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə FHN və ADA Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Birgə Fəaliyyət haqqında Memorandum üzrə görüləcək işlər nəzərdən keçirilib.
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər

































.jpg)



