Nida Xəbər
Düşmənlər bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə... - Pezeşkian Azərbaycana təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana və Türkiyəyə təşəkkür edib.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, o, bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüş zamanı xalq qarşısında çıxışı zamanı bildirib.
Pezeşkian deyib ki, İranın xarici siyasətində əsas prioritet qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətlərinin qurulmasıdır. Onun sözlərinə görə, bu yanaşma birbaşa ölkənin ali liderinin göstərişidir.
"Bu ölkələr müsəlman, dost və qardaş dövlətlərdir. Biz onlarla əlaqələrimizi möhkəmləndirməliyik. Düşmənlər bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə qonşularımız bir-birinin ardınca zəng edərək narahatlıqlarını və dəstəklərini bildirirdilər", - deyə İran prezident vurğulayıb.
Pezeşkian Azərbaycan və onun Prezidentinə, habelə, türkiyəli həmkarına və xarici işlər nazirinə xüsusi təşəkkür edib. O, əlavə olaraq Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də İranla bağlı narahatlıq göstərdiyini qeyd edib.
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər

































.jpg)



