Nida Xəbər
İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Publika.az xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.
O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.
Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirildi.
-
Maraq dünyası04:44Sevgilisini öpərək rekord qırdı
-
MDB04:14“İnter” “Yuventus”u məğlub etdi
-
MDB03:43Rusiyanın iki şəhərində güclü partlayışlar baş verdi
-
İdman01:41Qayıdışını 962-ci qolla qeyd etdi
-
Magazin100:30“Sevgilimlə tanış olun” - Foto
-
Nəqliyyat00:20Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırıldı
-
Qoroskop00:00Günün ulduz falı - Hisslər dərin, empati güclüdür
-
Yaxın Şərq14 Fevral 23:48Əvvəllər məlum olmayan tarixi abidə aşkarlandı










.jpg)











.jpg)







.jpg)





