Nida Xəbər
Deputat: "İlham Əliyevin bu mesajları birlikdə bütöv siyasi mənzərə yaradır"
"Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq "France 24" telekanalına verdiyi müsahibə məzmun baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu müsahibədə Cənubi Qafqazda formalaşan yeni reallıq və Azərbaycanın regional sabitliyin qurulmasında oynadığı rol aydın şəkildə üzə çıxır".
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisinin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, əsas nəticə artıq göz qabağındadır: hərbi qarşıdurma mərhələsi geridə qalıb, sülh isə abstrakt anlayış olmaqdan çıxaraq real vəziyyətə çevrilib: "Sərhəddə silahlı insidentlərin olmaması, sabitliyin təmin edilməsi, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana neft məhsullarının tədarükünə başlanması — bütün bunlar normallaşmanın praktik elementləridir. Burada artıq bəyanatlardan deyil, yeni status-kvonu formalaşdıran konkret addımlardan söhbət gedir.
Xüsusi diqqət çəkən məqam sülh sazişinin hüquqi rəsmiləşdirilməsi ilə faktiki sülh vəziyyətinin fərqləndirilməsidir. Bu yanaşma yetkin və praqmatik siyasi düşüncəni əks etdirir: prioritet formal prosedurlara deyil, real təhlükəsizlik və davamlı sabitliyə verilir. Onilliklər boyu eskalasiya riski ilə yaşayan region üçün bu, keyfiyyətcə yeni mərhələdir.
Eyni zamanda, iqtisadi və nəqliyyat inteqrasiyasına dair perspektiv də ayrıca əhəmiyyət daşıyır. Yeni marşrutların formalaşdırılması, dəmir yolu infrastrukturunun inkişafı, Naxçıvan daxilində kommunikasiya xətlərinin bərpası vahid bağlılıq strategiyasının tərkib hissəsidir. Bu yanaşmada sülh son nöqtə deyil, qarşılıqlı iqtisadi maraqlarla möhkəmlənən davamlı proses kimi təqdim olunur. Məhz infrastruktur vasitəsilə uzunmüddətli sabitliyin əsası qoyulur - əməkdaşlıq qarşıdurmadan daha sərfəli olur".

Deputat qeyd edib ki, beynəlxalq müstəvidə isə strateji tərəfdaşlıqların möhkəmləndirilməsi xətti aydın görünür: "Aparıcı qlobal aktorlarla imzalanmış razılaşmalar energetika, investisiya, texnologiya və təhlükəsizlik sahələrini əhatə edir. Bu, Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi çoxvektorlu diplomatiyanın nəticəsidir və ölkəmizin müstəqil, etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir.
Hüquqi məsuliyyət məsələsində də prinsipial mövqe qorunur. Münaqişə dövründə törədilmiş cinayətlərə görə cavabdehlik yalnız hüquqi müstəvidə təmin edilir. Bu yanaşma göstərir ki, postmünaqişə reallığı revanşizm üzərində deyil, hüququn aliliyi əsasında qurulur. Bu, beynəlxalq ictimaiyyət üçün mühüm mesaj olmaqla yanaşı, real barışığın da əsas şərtidir.
Fransa və bəzi Avropa tərəfdaşları ilə münasibətlər kontekstində dialoqa açıqlıqla yanaşı, birtərəfli yanaşmaların qəbuledilməzliyi də açıq şəkildə ortaya qoyulur. Suverenliyə hörmət və daxili işlərə qarışmamaq Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri olaraq qalır və məhz bu əsasda konstruktiv əməkdaşlıq təklif olunur".
Sevinc Fətəliyeva deyib ki, bütün bu mesajlar birlikdə bütöv siyasi mənzərə yaradır: "Azərbaycan artıq “dondurulmuş münaqişə” ölkəsi deyil. Ölkəmiz ərazi bütövlüyünün bərpası mərhələsindən strateji sülh quruculuğu mərhələsinə keçib. Bu gün Bakı sabitlik, infrastruktur inkişafı, iqtisadi əməkdaşlıq və məsuliyyətli diplomatiya vasitəsilə yeni regional gündəliyin təşəbbüskarı kimi çıxış edir.
Beləliklə, baş verən prosesləri müharibə məntiqindən yaradıcı inkişaf məntiqinə keçid kimi xarakterizə etmək olar. Cənubi Qafqaz tədricən dalandan çıxır və Azərbaycan bu transformasiyanın əsas memarlarından birinə çevrilir. Səsləndirilən siqnalların dərin mənası da məhz bundadır: söhbət cari siyasətdən deyil, praqmatizmə, suverenliyə və qarşılıqlı faydaya əsaslanan uzunmüddətli sülh modelinin formalaşdırılmasından gedir".
-
Nida Xəbər 19:30Vəzifəsindən azad olunan general danışdı
-
Hadisə17:05Kartdan oğurladığı pullarla nəmər yazdırdı
-
Hadisə16:50DSX Baş idarəsinin sabiq rəisi vəfat etdi
-
Region16:45Qriqoryan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü
-
Sosial16:35Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?
-
İqtisadi gündəm15:48Gül dükanlarında Afrika qərənfilləri: Yerli istehsal yoxa çıxır
-
Ekologiya14:46Cəlilabadda sel təhlükəsi yarandı - FOTO
-
Region13:55Kostanyan Azərbaycan QHT nümayəndələri ilə görüşdü
















.jpg)










.jpg)




.jpg)





