Nida Xəbər
Azərbaycan HHQ-nin yaranması günü qeyd olundu
Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində Azərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Publika.az xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə və bacarıqla gəlib.
Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsert proqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayram əhvali-ruhiyyəsi yaradıb.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı


































