Nida Xəbər
Vensin xanımının Bakıda gizli ziyarəti - Suraxanıya niyə gedib?
ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkən Suraxanı Atəşgah Məbədini ziyarət edib.
Bildirir ki, bu qərar vitse-prezidentin Hindistan əsilli xanımı Usha Vensin şəxsi istəyi ilə verilib.
Başqa bir məlumata görə, həmin ziyarətdə vitse-prezident özü olmayıb, təkcə həyat yoldaşı gedib. Bu ziyarət təsadüfi deyil.
Tarixi mənbələrə görə, əsası erkən orta əsrlərə gedib çıxan Suraxanı Atəşgahının bugünkü daş kompleksi XVIII əsrdə əsasən Hindistandan gəlmiş hind tacirləri və zəvvarlar tərəfindən inşa etdirilib. Məbədin divarlarında bu gün də sanskrit və qədim hind dillərində yazılmış kitabələr qorunur. Həmin yazılar ibadət edənlərin Multan və Pəncab bölgələrindən gəlmiş hind tacirləri olduğunu göstərir.
O dövrdə Bakı mühüm ticarət mərkəzi idi və təbii qaz çıxan Atəşgah ərazisi hind inanclarında müqəddəs sayılırdı. Od kultu həm zərdüştilikdə, həm də hinduizm ənənəsində xüsusi yer tutduğundan Atəşgah əsrlər boyu Hindistanla Qafqaz arasında nadir dini-mədəni körpü rolunu oynayıb.
Məhz bu tarixi bağlara görə Hindistan kökləri olan vitse-prezident xanımının Atəşgahı xüsusi olaraq görmək istədiyi bildirilir.
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək

































.jpg)


