Nida Xəbər
Prezident erməni nümayəndənin təxribatçı sualına belə cavab verdi - Video
“Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb”.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə erməni nümayəndənin təxribatçı sualına cavabında bildirib.
“Konstitusiyada bu var, “Vikipediya”dan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması yeganə ilkin şərtdir ki, həll olunmamış qalır. Sülh sazişinin imzalanması üçün…
Bu gün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır. O ki qaldı sülh yolu qovşağına, bilirsiniz, Prezident Tramp qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü. Daha sonra Bayden kimi prezident gəlsə, o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək”, - İlham Əliyev qeyd edib.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































