Nida Xəbər
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu gün qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərimiz hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Şübhəsiz, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, fəal siyasi dialoqumuz bu əlaqələrin daha sürətlə inkişafına və strateji tərəfdaşlığımızın möhkəmlənməsinə şərait yaradır. Bu yaxınlarda Davosda Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































