Nida Xəbər
600-dən yuxarı bal yığanların nəzərinə: Əsgərlikdə...
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış gənclərin həqiqi hərbi xidməti harada keçdiklərinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, nazirlikdən Modern.az saytının bu mövzudakı sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarından 600 və daha yuxarı bal toplamış gənclər müddətli həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki İntellektual qabiliyyətli bölmələrdə keçirlər.
"Eyni zamanda, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings” və ya "Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunlarına şamil edilir",- Nazirlikdən qeyd edilib.
Xatırladaq ki, Azərbaycanda gənclərin həqiqi hərbi xidmətə çağırışı ildə dörd dəfə həyata keçirilir. Ali təhsilli məzunlar həqiqi hərbi xidməti 1 il, ali təhsili olmayan çağırışçılar isə 1 il 6 ay müddətində çəkirlər.

-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar

































