Nida Xəbər
"Müğənni Səbinə ərimi bizdən ayırıb, balalarım başsız qalıblar"
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişinin canlı efirində diqqətçəkən açıqlama ilə gündəmə gəlib.
Publika.az milli.az-a istinadən xəbər verir ki, Gürcüstandan naməlum nömrə ilə bir qadın ona zəng edərək ailəsinin dağıldığını iddia edib. Aparıcının sözlərinə görə, zəng edən şəxs həyat yoldaşının müğənni Səbinə Səlcan tərəfindən ailədən uzaqlaşdırıldığını deyib və kömək istəyib. Tolik eyni məzmunlu zəngin müğənni Zenfira İbrahimovaya da edildiyini vurğulayıb.
Aparıcı efirdə məsələ ilə bağlı ehtiyatlı mövqe sərgilədiyini bildirib:
"Xanıma dedim ki, bu barədə açıq danışsam, məni məhkəməyə verə bilərlər. Mən məsuliyyət daşıyıram", - deyə o qeyd edib. Onun sözlərinə görə, zəng edən qadın canlı efirə qoşulmaq istədiyini də qeyd edib.
Tolik çıxışı zamanı bəzi müğənniləri də tənqid edib. O, efirə çıxan sənətçilərin şəxsi həyatları, ailələri barədə məlumatsız olduqlarını, lakin efirdə "namus-qeyrət dərsi" keçdiklərini iddia edib. Aparıcı həmçinin tamaşaçıların sənətçilərlə bağlı yanaşmasına da toxunaraq, açıq-saçıq geyim mövzusunda iradların ünvanının təkcə ifaçılar deyil, onları dəvət edən şəxslər olduğunu vurğulayıb.
Sonda Tolik əlavə edib ki, hər bir sənətkarın cəmiyyətdə təsir gücü fərqlidir və hər kəs Zeynəb Xanlarova və ya Flora Kərimova kimi söz sahibi ola bilməz:
"Camaat deyir ki, müğənni kimdir ki, kiməsə nəsə desin? Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür. Hər sənətkar Zeynəb Xanlarova və ya Flora Kərimova deyil ki, nəyisə diktə edə bilsin".
-
Sosial12:37Pensiya və müavinətlərlə bağlı qərar verildi
-
Magazin212:16Emin Ağalarovun həyat yoldaşı yay formasını belə bərpa edir - FOTO
-
Region11:45II Qaregin çıxılmaz durumda: İfadə verməkdən imtina etdi
-
Nida Xəbər 11:29Vardanyana hökm oxundu - 20 il
-
Qoroskop11:242026-cı ilin yazında bu 3 bürcün həyatı inanılmaz şəkildə dəyişəcək
-
Dünya10:26Anna Akopyanla Paşinyanın vətəndaş nikahı bitdi - FOTO
-
Sosial10:03Baş nazir yeni qərar imzaladı
-
Sosial09:36Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə...










.webp)
.jpg)







.jpg)





.jpg)







